“YouTube”da kanal açmaq istəyənlərin nəzərinə: qaydalar dəyişdi

“Google” şirkəti sahib olduğu “YouTube” video servisinin marketinq siyasətini dəyişib. “Yeniavaz.com”un “CNN Türk” telekanalına istinadən verdiyi məlumata görə, yeni siyasət “YouTube” vasitəsilə pul qazanan kiçik kanalların işini xeyli çətinləşdirib. “YouTube”da yeni başlayanların və ya abunə sayına fikir vermədən müxtəlif sahələrdə video paylaşaraq pul qazananların bu xəbər xoşuna getməyəcək. “Google” dəyişikliklərin nizam və reklam verənləri qorumaq üçün lazım olduğunu bəyan edib. Belə ki, kiçik kanalların sayının həddən çox olması onlara nəzarəti çətinləşdirir. Yeni qaydalara əsasən, bir kanalın “YouTube”da pul qazana bilməsi üçün ən azı 1000 abunəçisi olmalı və son 12 ay ərzində 4000 saat izlənilməlidir. Edilən dəyişikliklər yeni açılan kanallar üçün bu gündən etibarən, mövcud kanallar üçün isə fevralın 20-dən etibarən qüvvəyə minəcək. Yəni kanal sahibi göstərilən tarixə qədər 1000 abunəçi və 4000 saat izləmə toplaya bilməsə, reklam gəliri əldə edə bilməyəcək.

DİGƏR XƏBƏRLƏR

Top