Dünyanın ən böyük hava təmizləyicisi işə salındı

Çin hakimiyyəti dünyada ən böyük hava təmizləyicisini test rejimində işə salıb. “Yeniavaz.com”un “İzvestiya” qəzetinə istinadən verdiyi məlumata görə, 100 metr hündürlüyündə olan qüllə Sian şəhərində yerləşib. Sian Çinin ən çirkli 10 şəhərindən biridir. Sistem qüllə ətrafında tikilmiş xüsusi istilik stansiyaları hesabına işləyəcək. Ora düşən hava Günəşin qızdırması ilə qüllə boyu yüksəlir və təmizləyici filtrlər vasitəsilə keçir. Qurğu sayəsində bütöv rayon ərazisində havanın çirklilik səviyyəsini azaltmaq mümkündür. Çirklənmə kritik göstəricilərə çatanda usə qurğu onu normal səviyyəyə salır.

DİGƏR XƏBƏRLƏR

Top