İsrail üç iordaniyalının ailəsinə 5 milyon təzminat verib

İsrail İordaniyanın həlak olmuş üç vətəndaşının ailələrinə təzminat qismində 5 milyon dollar verib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, söhbət 2017-ci ilin iyulunda həlak olmuş iki iordaniyalıdan gedir. Belə ki, onları mübahisə əsnasında Əmmanda İsrail səfirliyinin mühafizəçisi güllələmişdi. Üçüncüsü isə 2014-cü ilin martında İsrail sərhədçilərinin öldürdüyü Fələstin əsilli iordaniyalı hakimdir. Hər bir ailə təqribən 1 milyon 650 min dollar alıb. Qeyd edək ki, İordaniya Misirlə yanaşı, İsraillə diplomatik əlaqəsi olan iki ərəb ölkəsindən biridir.

DİGƏR XƏBƏRLƏR

Top