Dəfn mərasimində kürəkən qayınataya halallıq vermədi - Türkiyədə

Türkiyədə dəfn mərasimində maraqlı hadisə qeydə alınıb. Muğla vilayətində 87 yaşlı kişinin dəfnində kürəkəni fəryad edib. Dəfn zamanı məsciddə molla insanlardan mərhum üçün halallıq vermələrini istəyib. Lakin dünyasını dəyişən adamın kürəkəni gözlənilmədən çığıraraq, haqqını halal etmədiyini deyib. "Qayınatamdan alacağım vardı. Bu səbəbdən haqqımı ona halal etmirəm”, - deyə Damar Kocasarı qışqırıb. Ölən şəxsin yaxınları onunla dalaşmaq istəsələr də, molla buna icazə verməyib. Məscidin dava yeri olmadığını deyən molla, D.Kocasarı qovub. Sonradan jurnalistlərə açıqlama verən kürəkən bunları deyib: “Qayınatam uzun müddətdi xəstə idi. Ona lazım olan qədər qulluq etdim. Bütün xərclərini çəkdim. Bir sotluq yeri vardı. Həmin ərazinin pulunu verib aldım. Lakin xəstə olduğu üçün sənədləşdirməni sonraya saxladı. Günü-günə satdı və sənədləşmə yubandı. Özü öldü, indi ərazi sənədsiz qalıb. Bu üzdən haqqımı halal etmirəm və bundan sonra da etməyəcəyəm”. Olke.az

DİGƏR XƏBƏRLƏR

Top