Mingəçevirdə azadlıq carçıları yad edilib

28 il də əzab verə-verə beləcə keçdi. Amma azadlıq carçıları unudulmadı. Onlar ilk qaranquşlar kimi yuva saldılar ürəklərdə.

Mingəçevir Şəhidlər Xiyabanında 20 yanvar faciəinin 28 ci ildönümnə həsr olunmuş anım mərasimi keçirilib.Xiyabanda şəhidlərin ruhuna dualar oxunub və bir dəqiqəlik sükutla yad ediliblər. Daha sonra Mingəçevir İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimayyət nümayəndələri, şəhər əhalisi şəhidlərin abidəsi önünə gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər. Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov xiyabanda şəhid ailələri ilə görüşüb. Görüş zamanı şəhidlərin valideynləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq bildiriblər. Şəhid ailələri həmçinin şəhər rəhbərliyinin onlara göstərdiyi diqqətə görə minnərdarlıq bildiriblər. Problemi olan şəhid ailələrinə Şəhər İcra Hakimiyyətindən əlaqə saxlanılacağı bildirilib.

20 yanvar faciəsindən 28 il də beləcə keçdi. Amma azadlıq carçıları unudulmadı. Onlar xalqın ürəyində yuva saldılar. Allah bütün şəhidlərə rəhmət eləsin. Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top