Türkiyə Silahlı Qüvvələri son həftə ərzində 20 terrorçunu zərərsizləşdirib. Bu məlumatı Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının mətbuat xidməti yayıb. Antiterror əməliyyatı nəticəsində terrorçu PKK qruplaşması üzvlərinin qaldıqları yerlərdən silah-sursat, partlayıcı maddələr, qumbara, tank əleyhinə qurğu aşkarlanaraq götürülüb.Report