QHT sədri Türkiyədə 20 Yanvar-a həsr olunan silsilə tədbirlərdə iştirak edir

"Elmi Araşdırmalar" İctimai Birliyinin sədri Telman Qasımov İğdır Dövlət Universitetində qanlı 20 Yanvar faciəsinin 28 illiyinə həsr edilən tədbirdə iştirak edib. Yeniavaz.com xəbər verir ki, Asılsız Erməni İddialarına Qarşı Mücadilə Dərnəyi, İğdır Dövlət Universiteti və Qarsdakı Azərbaycan Konsulluğunun təşkil etdiyi tədbirdə İğdır valisi Ənvər Ünal, Azərbaycanın Qarsdakı konsulu Nuru Quliyev, rəsmi şəxslər, millət vəkilləri və mətbuat nümayəndələri iştirak edib.

Telman Qasımov çıxışında qeyd edib ki, 20 Yanvar faciəsindən 28 il keçməsinə baxmayaraq, bu hadisələr heç vaxt xalqımızın yaddaşından silinməyək. O, şəhidlərimizin Vətən yolunda qəhrəmanlıq göstərdiklərini qeyd edərək deyib ki, onlar hər zaman qəlbimizdə yaşayacaqlar: "20 Yanvarın Azərbaycan tarixində qəhrəmanlıq səlnaməsidir".

Qeyd edək ki, 20 yanvar hadisələrinin 28 illiynə həsr olunan tədbirlər silsiləsi davam edir. Qars və Van şəhərlərində də böyük toplantının olacağı gözlənilir.

Telman Qasımov onu da bildirib ki, "Elmi Araşdırmalar" İB olaraq qardaş ölkənin bir çox ictimai təşkilatları ilə əməkdaşlıq protokolları imzalayacaqlar. Gələcəkdə bu istiqamətdə işlərin daha effektiv görülməsi üçün əməkdaşlığın genişləndirilməsinə böyük ehtiyac var.

DİGƏR XƏBƏRLƏR

Top