Azərbaycanda diri heyvan və ət ucuzlaşıb - VİDEO

Bərdədə qatarla yük avtomobili toqquşdu - VİDEO

Hər 3 nəfərdən birinin problemi - boyun ağrısı

bazar, 25 fevral 2018
TR EN RU

Menu

bazar, 25 fevral 2018
EN TR RU

HADİSƏ

Azərbaycan ordusunun şəhid olan əsgəri dəfn olunub

20.01.2018 11:26

Neftçalalı şəhid doğulduğu Bankə qəsəbəsində torpağa tapşırılıb. Ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində düşmənlə atışmada şəhid olan Azərbaycan Ordusunun əsgəri, 23 yaşlı İbrahim Möhsüm oğlu Mənəfov doğulduğu Neftçala rayonunda torpağa tapşırılıb. Dəfn mərasimində rayon İcra Hakimiyyəti başçısı, ictimaiyyət nümayəndələri, kənd sakinləri, şəhidin hərbçi yoldaşları, xidmət etdiyi hərbi hissəsinin zabitləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları iştirak ediblər.

Çıxış edənlər şəhidin döyüş yolundan danışaraq, onun mərd, vətəni sevən biri olduğunu bildiriblər. Qeyd edilib ki, ötən ilin iyulunda həqiqi hərbi xidmətə çağrılan, Milli Aviasiya Akademiyasının məzunu İbrahim Mənəfov hər kəsə nümunə sayılacaq hərbçi olub. Sonra şəhid Bankə qəsəbəsində Seyidlər qəbiristanlığında yaylım atəşi ilə torpağa tapşırılıb.Report

Oxundu 199

© 2018 - NSPSOLUTIONS