Prezident seçkilərinə hazırlıqlar başlayıb


Əvvəlki illərdə olduğu kimi, seçkilərə hazırlıq yanvar ayından başlayıb. Seçici siyahılarını dəqiqləşdirməklə məşğuluq. Bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. M. Pənahovun sözlərinə görə, siyasi partiyalar illik hesabatlarını MSK-ya göndərməyə başlayıblar: “Artıq hesabatları göndərməyə başlayıblar. Bunu qaydaya salmağa, ənənə formalaşdırmağa, siyasi partiyaların bu məsələyə münasibətlərinin beynəlxalq standartlara uyğunlaşdırılmasına çalışırıq. Mövqeyimiz ondan ibarətdir ki, kəskin münasibət göstərmək də düzgün deyil. Bir az iş getməlidir. Keçən ilə baxanda bu il müsbət dəyişikliklər var, siyasi partiyalar bu məsələyə ciddi yanaşırlar”.Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top