ABŞ-da minlərlə dövlət məmuru işsiz qala bilər​

ABŞ-da növbəti dəfə "büdcə böhranı" yaşanır. Yeniavaz.com xarici KİV-lərə istinadən bildirir ki, ABŞ Senatında Demokratlar partiyası ilə Respublikaçılar partiyasının nümayəndələri arasında yaranan fikir ayrılığı səbəbindən 2018-ci ilin dövlət büdcəsi təsdiq olunmayıb. Dövlət büdcəsinin təsdiq olunmaması səbəbindən büdcədən maliyələşən dövlət qurumları fəaliyyətsiz qala bilər. 2013-cü ilin oktyabr ayında baş verən bənzər böhram zamanı 800 mindən çox dövlət qulluqçusu 20 günə yaxın bir müddətdə iş yerindən ayrılmağa məcbur olmuşdu. Həmin dövürdə ABŞ hökuməti ümumilikdə 24 milyard dollar zərərə düşmüşdü.

Mütəxəssislər belə hesab edirlər ki, Senatda təmsil olunan hər iki partiyanın nümayəndələri orta məxrəcə gələ bilməsələr hökmətin fəaliyyəti iflic ola bilər. Təcili yardım, yanğınsöndürmə xidmətləri, həbsxana, səhiyyə kimi fəaliyyətlər istisna olmaqla digər qurumlar işini dayandıra bilər.

DİGƏR XƏBƏRLƏR

Top