Şəhidimizin mesajı - "Allah bizə Şəhidliyi layiq bilsin İnşallah"

Ermənistan silahlı qüvvələrinin atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində düşmənlə atışmada Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Mənəfov İbrahim Möhsüm oğlu şəhid olub. Şəhid Mənəfov İbrahim Möhsüm oğlu 1995-ci il martın 31-də Neftçala rayonunda anadan olub. Neftçala rayon N.Gənvəvi adına 3 saylı orta məktəbindən məzun olub, Aviasiya Akademiyasına qəbul olmuşdu. Şəhidimiz sosial şəbəkə hesablarında belə bir paylaşım etmişdi: "Müharibə qaçılmazdır.Hər bir Azərbaycan vətəndaşınında borcudur...Bu borcu özümə Qarabağı eşidəndən bilmişəm və borcumu mütləq qaytarmalıyam. Allah bizi Şəhidliyə Layiq bilsin İnşallah". Digər bir paylaşımında isə,"Başımız sağ olsun.Allah Şəhidlərimə rəhmət, düşmənlərimizə lənət eləsin. Amin!”. Uluyol.az

Rahim İmanov adlı şəxsin şəkli.Ibrahim Manafov adlı şəxsin şəkli.

DİGƏR XƏBƏRLƏR

Top