Türkiyədə avtobus qəzasında 13 nəfər ölüb, 42 nəfər yaralanıb

Türkiyədə avtobus qəzası baş verib. NTV-nin məlumatına görə, Ankaradan Bursaya gedən sərnişin avtobusunun Əskişəhər ərazisində yolun kənarındakı ağaclara çırpılması nəticəsində 13 nəfər ölüb, 42 nəfər yaralanıb. Yaralılar xəstəxanalara çatdırılıb. Qəzanın sürücünün avtobusun qarşısına çıxan iti vurmamaq üçün kəskin manevr etməsi nəticəsində baş verdiyi bildirilir. Hadisə yerində polis işləyir.APA

DİGƏR XƏBƏRLƏR

Top