Bakıda mərkəzində yaşayış binasında yanğın söndürülüb​ - VİDEO

Bakının mərkəzində yaşayış binasında baş verən yanğın söndürülüb. Bu barədə yanğın baş verən ərazidə olan Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəisi, general-mayor Füzuli Əsədov bilirib. F. Əsədov qeyd edib ki, hadisə nəticəsində binanın 2000 kv.metr dam örtüyü yanıb. Onun sözlərinə görə, yanğın barədə siqnal saat 08.29-da daxil olub. Hadisə yerinə FHN-nin 12 texnikası, 50 nəfərədək canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində xəsarət alan olmayıb.

9:16

Bakıda yaşayış binasında yanğın başlayıb. Hadisə "Azneft" meydanı yaxınlığında beşmərtəbəli yaşayış binasının dam örtüyündə qeydə alınıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Alovun qarşısının alınması üçün tədbirlər görülür.APA

Bina yanır

DİGƏR XƏBƏRLƏR

Top