NASA: 2017-ci il 135 il ərzində ikinci ən qızmar mövsüm olub

Ötən il 2016-cı ildə təyin edilmiş rekord yüksək temperatur üzrə rekordu üstələyə bilməsə də müşahidələrin bütün tarixi ərzində ən qızmar üç mövsümdən biri olub. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə NASA-nın hesabatında deyilir. Bildirilir ki, 2017-ci ildə Yerdə temperatur ötən əsrin ikinci yarısı ilə müqayisədə orta hesabla təqribən 0,9 dərəcə yüksək olub. Bu göstərici 2016-cı ildə normadan 1 dərəcə artıq olub. NASA alimləri 2017-ci ilin 135 ildən çoxdur aparılan iqlim müşahidələri ərzində ikinci ən qızmar mövsüm olduğunu deyiblər.

DİGƏR XƏBƏRLƏR

Top