Pele xəstəxanalıq oldu

Braziliyalı futbol əfsanəsi Pelenin səhhəti pisləşdikdən sonra xəstəxanaya yerləşdirilib. “Yeniavaz.com”un “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, 77 yaşlı Pele daha əvvəl böyrək və prostat vəzindən bir neçə dəfə müalicə alıb. Onun halı pisləşib və yerə yıxıldıqdan sonra dərhal xəstəxanaya aparılıb. Əfsanəvi futbolçunun müayinələri yaxşı çıxıb. Həkimlər Pelenin yorğunluq keçirərək huşunu itirdiyini qeyd ediblər. Qeyd edək ki, Pele meydana çıxdığı 1363 oyunda 1281 qol vurub.

DİGƏR XƏBƏRLƏR

Top