Tramp ABŞ səfirliyini Qüdsə tez daşımaq istəyir

ABŞ Prezident Administrasiysı ölkənin İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə düşünüldüyündən daha tez daşımağa ümid edir. “Yeniavaz.com”un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, Ağ evin yüksək vəzifəli əməkdaşları bildiriblər ki, diplomatik missiya tikilməkdə olan kompleksə deyil, Baş konsulluğun binasına köçürülə bilər. Bu cür variantın ABŞ büdcəsinə ucuz başa gələcəyi qeyd edilir. Səfirliyin daşınmasının sürətləndirilməsi ABŞ Prezidenti Donald Trampın İsrailə qarşı müsbət köklənmiş amerikalılar, eləcə də dindarlar arasında populyarlığını artıracağı bildirilir. Xatırladaq ki, ABŞ ötən il dekabrın 6-da Qüdsü İsrailin paytaxtı kimi tanıyıb.

DİGƏR XƏBƏRLƏR

Top