Rusiyalı hərbçilər Afrindən çıxmağa başlayıb

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin vilayətində keçirməyi planlaşdırdığı əməliyyatdan öncə bölgədəki Rusiya hərbçiləri çəkilməyə başlayıb.

“Yeniavaz.com”un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyə sərhədinə yaxın yerləşmiş 170 rusiyalı hərbçi 17 kilometr cənuba doğru çəkiləcək.

Xatırladaq ki, ötən gün Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar və Milli Kəşfiyyat Təşkilatının direktoru Hakan Fidan Moskvada Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və müdafiə naziri Sergey Şoyqu ilə görüşüblər.

DİGƏR XƏBƏRLƏR

Top