İŞİD-ə qoşulan alman repçi öldürüldü

İŞİD terror qruplaşmasına qoşulmuş almaniyalı repçi Denis Kaspert (Deso Doq) Suriyada öldürülüb.

“Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, D. Kaspert ABŞ-ın ən çox axtarılan terrorçular siyahısında yer alıb. Əbu Talha əl-Almani adını alan repçi Suriyanın Deyr əz-Zur şəhəri yaxınlığında öldürülüb.

Qana əsilli Almaniya vətəndaşı olan D. Kaspert 2010-cu ildə İslamı qəbul edib və 2014-cü ildə İŞİD-ə qoşulub.

DİGƏR XƏBƏRLƏR

Top