Belarus dünyanın ən sürətlə artan birjasıdır

2017-ci ildə dünya birjalarının dəyəri 2016-cı illə müqayisədə 15,5 faiz artaraq 80 trilyon 838 milyard 821,2 milyon dollara çatıb.

“Yeniavaz.com”un “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Dünya Birjalar Federasiyasının (WFE) məlumatında deyilir. 2016-cı ildə bu göstərici 70 trilyon 15 milyard 536 milyon dollar təşkil edib.

Artım məbləğlə ifadədə 10 trilyon 822 milyard 285,2 milyon dollar olub. Ötən il dünya birjaları arasında bazar dəyəri ən sürətlə artan birja Belarus olub. Belə ki, Belarus birjasının bazar dəyəri 2017-ci ildə 127 dəfə artaraq 157 milyard 616,6 milyon dollara çatıb.

2016-cı ildə də bazar dəyərini 132 faiz artıran Belarus birjası ardıcıl 2 il bazar dəyərinin artışında birinci olub. Dünya birjaları arasında ən böyük bazar dəyərinə malik Nyu-York birjası ötən il də liderliyini qoruyub.

2016-cı ildə 19 trilyon 573 milyon dollar dəyərinə malik Nyu-York birjası ötən il 12,8 faiz böyüyərək 22 trilyon 81,4 milyard dollar təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top