Şamaxıda çoban itə görə öldürülüb - YENİLƏNİB

Şamaxı rayonunda baş verən silahlı insidentin təfərrüatı məlum olub. Qətlə yetirilən çoban Zaur Hacıyevin iti Natiq Binyətovun itini öldürüb. Bunu görən N.Binyətov da Z.Hacıyevin yaşadığı evə gələrək ov tüfəngi ilə onun itini öldürüb. Sonradan hər iki çobanın arasında mübahisə yaranıb və N.Binyətov Zaura ov tüfəngindən 7 dəfə atəş açıb. Z.Hacıyev hadisə yerində ölüb. N.Binyətov hadisə yerindən qaçsa da polis əməkdaşları tərəfindən saxlanılıb.

***09:44
Şamaxı rayonunun Acıdərə yaşayış massivində qətl hadisəsi törədilib. Sabir qəsəbə sakini Ramin Şirbala oğlu çobanlıqla məşğul olan qonşusunu tüfəngdən atəş açaraq qətlə yetirib. Hadisə mübahisə zəminində baş verib. Qətli törədən şəxsin tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Faktla bağlı araşdırma aparılır. Report

DİGƏR XƏBƏRLƏR

Top