ABŞ Türkiyəni YPG ilə yox, İŞİD-lə mübarizə aparmağa çağırıb

ABŞ Dövlət Departamenti Türkiyəni Vaşinqtonun dəstəklədiyi Suriya kürdlərinə qarşı yox, İŞİD terrorçularına qarşı mübarizəyə çağırır. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Xezer Nauert bildirib. X.Nauert ABŞ-ın Suriyada “sərhəd təhlükəsizlik qüvvələri” yaratmaq fikrində olmadığını bildirib. Onun sözlərinə görə, Ankaranın sərt reaksiyasına səbəb olmuş bu məsələ səhv təqdim edilib, kürdlərə dəstəyin əsas məqsədi İŞİD-dən zad edilmiş ərazilərin təhlükəsizliyini təmin etməkdir. APA

DİGƏR XƏBƏRLƏR

Top