Bakıda oğurluq etmək istəyən yeniyetməni cərəyan vurub

Bakının Suraxanı rayonunda oğurluq zamanı bədbəxt hadisə baş verib.

Rels üzərində hərəkətsiz qalan qatar vaqonlarının üzərinə çıxan 15 yaşlı Balaxan Ağayev oradakı elektrik naqillərini kəsmək istəyib.

Bu zaman cərəyan onu vuraraq yerə atıb. Yaralı ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır. Report

DİGƏR XƏBƏRLƏR

Top