Həmsədrlər bəyanatla çıxış ediblər

ATƏT-in Minsk Qrupu həmsədrləri danışıqlar prosesinə mühüm töhfə kimi etibarın möhkəmləndirilməsi üzrə tədbirlər görməyə çağırır.

Bu barədə Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşün yekunları üzrə ATƏT-in Minsk Qrupu həmsədrlərinin birgə bəyanatında deyilir.

Həmsədrlər danışıqlar prosesinə mühüm töhfə qismində etimadın möhkəmləndirilməsi üzrə tədbirlərin görülməsinə çağırıblar. Nazirlər və vasitəçilər təmas xəttində nisbi sakitçiliyin olduğunu etiraf ediblər. Həmsədrlər həmçinin tərəfləri bu müsbət tendensiyanı möhkəmləndirməyə çağırıblar.

Qeyd edək ki, həmsədrlər (Rusiyadan İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endryu Şofer) ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə birgə yanvarın 17-də Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan və yanvarın 18-də Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov ilə görüşüblər.

Həmsədrlər yanvarın 18-də hər iki nazir ilə birgə görüş keçiriblər. oxu.az

DİGƏR XƏBƏRLƏR

Top