Tramp dünyanın ən təhlükəli ölkəsinin adını açıqladı

Meksika dünyanın ən təhlükəli ölkəsidir. “Yeniavaz.com”un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Prezidenti Donald Tramp özünün “Twitter” səhifəsində Meksika ilə sərhəd divarının tikintisininn zəruriliyi barədə yazarkən qeyd edib. O bildirib: “Bizə ölkəmizin müdafiəsi və təhlükəsizliyi üçün divar lazımdır. Hazırda dünyanın ən təhlükəli ölkəsi kimi tanınan Meksikadan narkotiklərin kütləvi axınını dayandırmaq üçün bizə divar lazımdır. Əgər divar olmasa, razılaşma da olmayacaq”. Xatırladaq ki, Meksika “Global Peace Index” reytinqində təhlükəlilik səviyyəsinə görə 22-ci yerdə qərarlaşıb. ABŞ Meksika ilə sərhəddə 509 kilometr uzunluğunda sədd ucaltmağı, eləcə mövcud 655 kilometr uzunluğundakı divarı möhkəmləndirməyi planlaşdırır. Divar tikintisinin ABŞ-a 20 milyard dollara başa gələcəyi bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top