Turistlər ABŞ-da bir ilə 205,9 milyard dollar xərcləyiblər

2016-cı ildə dünyada turistlərin sayına görə ən populyar ölkə Fransa olub. “Yeniavaz.com”un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) araşdırmasında deyilir. Tədqiqatçıların məlumatına görə, 2016-cı ildə Fransaya 82,6 milyon turist səfər edib. İlk üçlüyə, həmçinin ABŞ və İspaniya daxil olub. Onların hər birinə 75,6 milyon turist gəlib. Reytinqin dördüncü yerini 59,3 milyon turistlə Çin tutur. Sonrakı yerlərdə müvafiq olaraq, İtaliya (50,7 milyon), Böyük Britaniya (35,8 milyon), Almaniya (35,6 milyon), Meksika (35 milyon), Tailand (32,6 milyon) və Türkiyə (32,5 milyon) qərarlaşıblar. Bununla belə, turistlərin çəkdiyi xərclərin həcmi üzrə lider ABŞ olub. Əcnəbilər oarada 205,9 milyard dollar xərcləyiblər. Turistlər İspaniyada 60,3 milyard, Tailandda 49,9 milyard, Çində 44,4 milyard, Fransada isə 42,5 milyard dollar xərcləyiblər.

DİGƏR XƏBƏRLƏR

Top