Səudiyyə Ərəbistanı Yəmənə 2 milyard dollar hədiyyə etdi

Səudiyyə Ərəbistanı hakimiyyəti ötən gün Yəmənin Mərkəzi Bankına 2 milyard dollar transfer həyata keçirib. “Yeniavaz.com”un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, məqsəd Yəmənin yerli valyutası olan riala dəstək verməkdir. Yəmən hökuməti kömək üçün açıq müraciət etdikdən bir gün sonra vəsait banka köçürülüb. Yəmən ölkədə davam edən vətəndaş müharibəsi fonunda vəsaitlərə kəskin ehtiyac duyur. Köçürülən vəsaitin kredit olmadığı bildirilir. Yəmən hakimiyyəti onları qaytarmaya da bilər. Qeyd edək ki, ölkədə son 3 ildir Səudiyyə Ərəbistanının dəstəklədiyi mərkəzi hökumətlə üsyançı husilər arasında hərbi toqquşmalar baş verir.

DİGƏR XƏBƏRLƏR

Top