Rusiya Afrin əməliyyatına qarşı çıxır? - Çavuşoğlu açıqladı​

Türkiyə Suriyadakı Afrin əməliyyatını koordinasiya quraraq aparmalıdır. “Yeniavaz.com”un “CNN Türk” telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Onun sözlərinə görə, Afrindəki rusiyalı hərbi müşahidəçilər zərər görməməlidir: “Biz bir çox addımımızı Rusiya ilə əlaqəli şəkildə atdıq. Bəzi mövzularda fikir ayrılığımız olsa da, birlikdə işləyirik. İdlib bölgəsində Suriya rejimi təkcə atəşkəsi pozmur, həm də irəliləyir. Bu dayandırılmalıdır. Suriya müxalifətinin Soçiyə danışıqlara getməsi üçün irəliləməni dayandırmaq lazımdır”. M. Çavuşoğlu diqqətə çatdırıb ki, Rusiya planlaşdırılan Afrin əməliyatına qarşı çıxmamalıdır: “Suriya rejimi ilə əlaqəmiz olmasa da, həmişə ölkənin ərazi bütövlüyünün tərəfdarı olduq. Suriyanın hava məkanından istifadə məsələsində İran və Rusiya ilə danışıqlar aparırıq. Havadan müdaxilə üçün koordinasiyanı təmin etməliyik”.

DİGƏR XƏBƏRLƏR

Top