Məmmədyarov-Nalbandyan görüşü başa çatdı - YENİLƏNİB


Polşanın Krakov şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş başa çatıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Twitter” səhifəsində yazıb.Oxu.az

14:59***

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 18-də Polşanın Krakov şəhərində ATƏT-in Minsk qrupu həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovla (Rusiya) görüşüb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin də qatıldığı görüşdə Dağlıq Qarabağ münaqişəsinin həli istiqamətində danışıqlar prosesi ətraflı müzakirə edilib. Qeyd edək ki, bu gün Krakovda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Həmsədrlər dünən Krakovda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla da görüş keçiriblər.APA

DİGƏR XƏBƏRLƏR

Top