Azərbaycan avtomobil şinləri istehsalına başlaya bilər

Azərbaycanda avtomobil şinlərini istehsalını təşkil etmək lazımdır.

Bunu Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.

R.Osmanlı qeyd edib ki, hazırda Azərbaycanda şin istehsalı zavodu mövcuddur, amma bu müəssisə keçmiş SSRİ dağılandan fəaliyyət göstərmir.

Əmlak Ekspert Mərkəzinin direktoru vurğulayıb: “Azərbaycanda bu cür istehsalatın yaradılmasında zərurət var, çünki şinlər avtomobilin vacib hissəsidir və avtomobilin qiymətinin formalaşmasında müəyyən rol oynayır”. Trend

DİGƏR XƏBƏRLƏR

Top