Statistika Komitəsi: İşsiz statusu alanların sayı kəskin artıb - Rayonların SİYAHISI

2018-ci il yanvar ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı 38 min 481 nəfər olub, onların 36,3 faizini qadınlar təşkil edib. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildiri ki, rəsmi işsiz statusu verilən şəxslərin sayı son bir il ərzində 16,7% və ya 5 min 509 nəfər artıb. İl ərzində işsizlik müavinətinin orta məbləği 291,2 manat olub və 2016-cı illə müqayisədə 13,4% və ya 34,6 manat artım olub. İşsizlik müavinəti alanların sayı isə son bir il ərzində 3,7 dəfə və ya 5 min 117 nəfər artıb.

Qeyd edək ki, işsiz statusuna malik insanların təxminən yarısı - 18 min 926 nəfəri Bakı şəhərinin payına düşüb və son bir il ərzində 4000 nəfər artıb. Bu isə o deməkdir ki, ötən il ərzində işsiz statusu alanların 72,6%-i Bakının payına düşüb. Bakı şəhərindən sonra ən çox işsiz Bərdə, Mingəçevir, Sumqayıt, Gəncə şəhərlərində, Kəlbəcər və Ağdam rayonunda qeydə alınıb. Bərdədə işsiz statusuna malik şəxslərin sayı 1387, Mingəçevirdə 1433, Sumqayıtda 1287, Gəncədə 819, Kəlbəcərdə 907, Ağdamda isə 756 nəfər olub. İşsiz statusuna malik insanların ən az olduğu rayonlar arasında isə ilk yerlərdə Daşkəsən, Füzuli, Xocalı, Xocavand, Şuşa və Naftalan rayonları dayanır. Açıqlanan rəsmi məlumata görə, Daşkəsəndə 6, Füzulidə 15, Xocalıda 33, Xocavanddə 48, Şuşada 57, Naftalanda isə qeydiyyatdan keçən 62 işsiz insan var. Azərbaycanda işsiz statusuna malik insanların yaşamadığı rayonlar arasında isə Naxçıvan Muxtar Respublikasına daxil olan rayonlar yer alır. Muxtar Respublikaya daxil olan Naxçıvan şəhəri, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarında bir nəfər də olsun işsiz statusuna malik insan yoxdur.

Rayonlar üzrə işsiz statusu və müavinət alanların sayı: (1 yanvar 2018-ci il vəziyyətinə)

Şəhərlər və rayonlar

İşsiz statusuna malik olanlar, nəfər

onlardan müavinət alanlar, nəfər

Ölkə üzrə – cəmi

38 481

6 974

Bakı şəhəri – cəmi

18 926

3 448

Abşeron iqtisadi rayonu – cəmi

2 032

528

o cümlədən:

Xızı rayonu

70

18

Abşeron rayonu

675

160

Sumqayıt şəhəri

1 287

350

Gəncə-Qazax iqtisadi rayonu – cəmi

2 640

634

o cümlədən:

Gəncə şəhəri

819

161

Qazax rayonu

532

145

Ağstafa rayonu

149

32

Tovuz rayonu

228

40

Şəmkir rayonu

342

64

Gədəbəy rayonu

154

4

Daşkəsən rayonu

6

1

Samux rayonu

60

23

Göygöl rayonu

100

28

Goranboy rayonu

188

114

Naftalan şəhəri

62

22

Şəki-Zaqatala iqtisadi rayonu – cəmi

1 178

269

o cümlədən:

Balakən rayonu

251

59

Zaqatala rayonu

182

58

Qax rayonu

142

43

Şəki şəhəri

351

42

Oğuz rayonu

102

36

Qəbələ rayonu

150

31

Lənkəran iqtisadi rayonu – cəmi

1 213

222

o cümlədən:

Astara rayonu

103

2

Lənkəran şəhəri

427

135

Lerik rayonu

55

10

Yardımlı rayonu

67

11

Masallı rayonu

191

37

Cəlilabad rayonu

370

27

Quba-Xaçmaz iqtisadi rayonu – cəmi

1 386

205

o cümlədən:

Qusar rayonu

273

21

Xaçmaz rayonu

185

53

Quba rayonu

508

61

Şabran rayonu

223

10

Siyəzən rayonu

197

60

Aran iqtisadi rayonu – cəmi

7 487

1 099

o cümlədən:

Göyçay rayonu

622

79

Beyləqan rayonu

188

56

Ağcabədi rayonu

364

70

Bərdə rayonu

1 394

91

Neftçala rayonu

400

58

Biləsuvar rayonu

234

54

Salyan rayonu

132

26

Yevlax şəhəri

197

40

Mingəçevir şəhəri

1 433

110

Ağdaş rayonu

77

25

Ucar rayonu

57

13

Zərdab rayonu

58

13

Kürdəmir rayonu

460

35

İmişli rayonu

225

63

Saatlı rayonu

128

85

Sabirabad rayonu

398

32

Hacıqabul rayonu

632

156

Şirvan şəhəri

488

93

Yuxarı Qarabağ iqtisadi rayonu – cəmi

1 562

225

o cümlədən:

Cəbrayıl rayonu

361

89

Füzuli rayonu

16

6

Ağdam rayonu

756

54

Tərtər rayonu

291

34

Xocalı rayonu

33

10

Şuşa rayonu

57

18

Xocavənd rayonu

48

14

Xankəndi şəhəri

-

-

Kəlbəcər-Laçın iqtisadi rayonu – cəmi

1 366

204

o cümlədən:

Kəlbəcər rayonu

907

57

Laçın rayonu

97

64

Qubadlı rayonu

263

63

Zəngilan rayonu

99

20

Dağlıq Şirvan iqtisadi rayonu – cəmi

691

140

o cümlədən:

Qobustan rayonu

84

62

İsmayıllı rayonu

267

-

Ağsu rayonu

147

15

Şamaxı rayonu

193

63

Naxçıvan Muxtar Respublikası – cəmi

-

-

DİGƏR XƏBƏRLƏR

Top