Magistral kəmərlərlə nə qədər neft və qaz ixrac etmişik?

2017-ci il ərzində magistral neft kəmərləri ilə 42 milyon 727 min ton neft nəql edilib.

Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, nəqletmənin 79 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və ötən ilin yanvar-dekabr ayları ərzində bu kəmər vasitəsilə 33 milyon 755 min ton neft ötürülüb. Dövr ərzində BTC kəməri ilə 6 milyon 432,4 min ton tranzit nefti də nəql edilib.

Magistral qaz kəmərləri ilə 22 milyard 126,2 milyon kub-metr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,6 faiz artım müşahidə olunub. Qazın nəqlinin 33,1 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 7 milyard 314,2 milyon kub-metr qaz ötürülüb.

DİGƏR XƏBƏRLƏR

Top