Britaniyada “tənhalıq naziri” vəzifəsi TƏSİS EDİLDİ

Böyük Britaniyanın Baş naziri Tereza Mey yeni “tənhalıq naziri” vəzifəsini təsis edib.

“Yeniavaz.com”un “Gazeta.ru” internet nəşrinə istinadən verdiyi məlumata görə, yeni vəzifəni idman və vətəndaş cəmiyyəti məsələləri üzrə nazirin müavini Treysi Krauç icra edəcək. O, tənha insanlarla əlaqədar siyasətə cavabdeh olan hökumət qrupuna başçılıq edəcək. T. Mey bildirib ki, xeyli sayda insan üçün tənhalıq müasir həyatın kədərli gerçəyidir: “Mən cəmiyyətimiz və hamımız naminə bu problemlə mübarizə aparmaq, yaşlı insanlara, qəyyumlara, yaxınlarını itirənlərə, danışmağa adam tapa bilməyənlərə kömək etmək, düşüncə və təcrübəmi paylaşmaq istəyirəm”. Hökumət paralel olaraq tənhalıqla mübarizə strategiyasını hazırlayır və insanları birləşdirməyə kömək edə biləcək işin başlanması üçün icma qruplarına maliyyə ayıracaq.

DİGƏR XƏBƏRLƏR

Top