Norveçdə xəz fermaları bağlanacaq

Norveç hökuməti ölkədəki xəz fermalarının 2024-cü ilin sonu, 2025-ci ilin əvvəlində bağlanacağını bəyan edib.

“Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Norveçdə hər il 1 milyon tülkü və samur xəz alınması üçün öldürülür. Ölkədə 340 ədəd xəz ferması fəaliyyət göstərir. Norveçin Baş naziri və Mühafizəkar Partiyasının sədrir Erna Solberq qeyd edib ki, məsələ ilə bağlı Liberal Partiya ilə razılığa gəliblər. Xəzləri və dəriləri üçün ömür boyu zorla qəfəslərdə saxlanılan heyvanlar qazla və ya elektroşok vasitəsilə yuxuya verilir. Heyvanların xəzləri diri-diri üzülür. Dünyada hər il 100 milyondan çox heyvan xəz istehsalı üçün öldürülür.

Bu rəqəmə dərilərinə görə öldürülən 1 milyon dovşan daxil deyil. Dünyada xəz istehsalının 85 faizi Çinin payına düşür. Bu xəzlərin 30 faizi vəhşi təbiətdən ovlanan və tələyə düşən heyvanlardan, qalanı isə fermada yetişdirilən heyvanlardan alınır. Xəz sənayesinin dünyada həcmi 30 milyard dollara çatıb. Çində hər il təxminən 2 milyon pişik və it yalnız paltar, çanta, oyuncaq, papaq, şal kimi malların bəzədilməsində istifadə edilən xəzlər üçün öldürülür. Bir xəz palto hazırlamaq üçün isə 25-45 qoyun-quzu, 20-30 ev pişiyi, 12-15 vəhşi pişik, 15-20 it, 30-300 siçan, 10-30 tülkü, 60-400 sincab, 20-30 kenquru, 30-40 dovşan, 3-30 canavar, 10-30 su samuru, 8-15 vaşaq, 30-40 opossumlar, 6-10 suiti, 6-8 puma, 30-80 samur öldürmək lazımdır.

DİGƏR XƏBƏRLƏR

Top