Türkiyədə hərbi təyyarə qəzaya uğradı: ölənlər var

Türkiyədə Isparta vilayətinin Yalvaç rayonunun Kırkbaş kəndində hərbi təlim təyyarəsi qəzaya uğrayıb.

“Yeniavaz.com”un DHA-ya istinadən verdiyi məlumata görə, Isparta valisi Şehmus Günaydın bildirib ki, qəza nəticəsində təyyarədəki 3 heyət üzvü həlak olub. Türkiyə Silahlı Qüvvələrinin məlumatında qəzaya uğrayan təyyarənin CASA tipli CN 235 yük təyyarəsi olduğu deyilir.

Qəzanın səbəbi barədə hələ məlumat verilmir.

DİGƏR XƏBƏRLƏR

Top