Benzin istehsalı artıb, dizel istehsalı azalıb

Ötən il Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milyon 727,3 milyon manat olmaqla 2016-cı illə müqayisədə 7,8 faiz azalıb. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, neft məhsullarından avtomobil benzininin istehsalı 5,4 faiz, sürtkü yağlarının istehsalı 3,6 dəfə, neft bitumunun istehsalı 32,4 faiz və neft koksunun istehsalı 10,6 faiz artıb, ağ neftin istehsalı 6,3 faiz, yanacaq mazutunun istehsalı 45,2 faiz, dizel yanacağının istehsalı isə 18,1 faiz azalıb.

DİGƏR XƏBƏRLƏR

Top