Azərbaycanda əhalinin sayı açıqlandı

İlin əvvəlindən ölkə əhalisinin sayı 80 min 731 nəfər və ya 0,8 faiz artaraq 2017-ci il dekabr ayının 1-i vəziyyətinə 9 milyon 890 min 712 nəfərə çatıb. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, əhalinin 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olub. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.

DİGƏR XƏBƏRLƏR

Top