Azərbaycanda diri heyvan və ət ucuzlaşıb - VİDEO

Bərdədə qatarla yük avtomobili toqquşdu - VİDEO

Hər 3 nəfərdən birinin problemi - boyun ağrısı

bazar, 25 fevral 2018
TR EN RU

Menu

bazar, 25 fevral 2018
EN TR RU

CƏMİYYƏT

Bakıda özəl klinikada diplomsuz “həkim” - İDDİA

17.01.2018 14:46

Tibb sahəsində ali təhsili olmayan şəxs Bakıda fəaliyyət göstərən klinikalardan birində məşhur həkim kimi təqdim olunur.

“Yeniavaz.com” xəbər verir ki, bu barədə məlumatı sabiq millət vəkili Nazim Bəydəmirli sosial şəbəkə hesabında paylaşıb. Sabiq millət vəkili qeyd edib ki, 2 il əvvəl sahibi olduğu klinikada İranda təhsil almış Elmuraz adlı “həkim dermatoloq” işə götürülüb: “Mənə deyirdilər ki, sağalmayan xəstəlikləri müalicə edir. Ancaq diplomunu guya Səhiyyə Nazirliyinə attestasiya komissiyasına verdiyinə görə yubadır. Bir gün onu çağırıb diplomunu tələb etdim. Adam boynuna aldı ki, 3 aylıq təbabət kursu bitirib. Dərhal klinikadan getməsini tələb etdim. İndi baxıram ki, sosial şəbəkələrdə 10 minlərlə izləyicisi var və klinikaların birində məşhur həkim kimi təqdim olunur. Qəribəsi o idi ki, adam özü dərmanlar hazırlayır və iddia edir ki, Nobel mükafatı alacaq”.

Apardığımız araşdırma nəticəsində Nazim Bəydəmirlinin haqqında bəhs etdiyi Elmuraz adlı şəxsin hazırda “Premium Klinika”sında işlədiyini müəyyən etdik. Klinikaya məxsus "premiumclinic.az" saytında qeyd olunur ki, Elmuraz Hüseynov adlı şəxs hazırda bu klinikada dermatoloq kimi fəaliyyət göstərir və 1998-2005-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində Müalicə işi fakültəsində təhsil alıb. Həmin klinika ilə əlaqə saxlayıb sabiq millət vəkilinin bu iddiasına münasibət öyrəndik. Özünü klinikanın marketinq meneceri kimi təqdim edən Eşqin Hacızadə “Yeniavaz.com”a bildirdi ki, dermatoloq Elmuraz Hüseynov “Premium Klinika”sından 10 gündür işdən ayrılıb: “Həmin həkim klinikada oturan adam deyil, gəlib-gedən adamdı. İddialar çox olur, başa düşürəm. İddialar düzgün də olur, səhv də olur. Mən klinikanın adından danışıram, həkimin adından yox. O həkim bir müddət bizdə “arendator” kimi işləyib”.

Həkimin diplomunun olub-olmaması barədə sualımızı isə klinikanın nümayəndəsi cavabsız qoydu.

Qeyd edək ki, klinikanın marketinq meneceri Elmuraz Hüseynovun 10 gün bundan əvvəl işdən ayrıldığını desə də, dünən (16 yanvar 2018) “Premium Klinika”sına zəng vurduğumuzda bizə bildirildi ki, adıçəkilən həkim hal-hazırda klinikadadır. Zəngimizə cavab verən xanım xətti Elmuraz Hüseynova bağlamağı təklif etsə də, daha sonra fikrini dəyişib, “Sizinlə “Premium Klinika”sının rəhbərliyi əlaqə saxlayacaq”,-deyə cavab verdi.

Rasim Məmmədli

Oxundu 6891

© 2018 - NSPSOLUTIONS