“WhatsApp” yazışmalarını oğurlayan virus tapıldı

“Kasperski laboratoriyası” “Android” əməliyyat sistemi ilə işləyən cihazlar üçün yeni virus aşkar edib.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, yeni virus “WhatsApp” messencerindən məlumatları oğurlaya bilər. Söhbət “Skygofree” virusundan gedir. O, iri mobil operatorlarının saxta saytları vasitəsilə yayılır. Həmin saytlarda istifadəçilərə “internetə qoşulma sürətləndiricisini” yükləmək təklif olunur. “Skygofree” casus proqramı danışıqların səsli yazısını qeydə ala, sms-ləri və “WhatsApp” yazışmalarını, GPS məlumatları oğurlaya bilər. Bundan başqa, virus cihazı kənar şəxslər tərəfindən nəzarət altında olan Wi-Fi-ya qoşmağa imkan verir. Virusu hazırlayanların İtaliyada olduğu bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top