Azərbaycanda diri heyvan və ət ucuzlaşıb - VİDEO

Bərdədə qatarla yük avtomobili toqquşdu - VİDEO

Hər 3 nəfərdən birinin problemi - boyun ağrısı

bazar, 25 fevral 2018
TR EN RU

Menu

bazar, 25 fevral 2018
EN TR RU

İDMAN

Ermənistan Azərbaycana rəqib oldu

17.01.2018 13:15

Gənc basketbolçular arasında Avropa birinciliklərinin püşkü atılıb. Azərbaycanın 3 yaş qrupu üzrə milli komandaları da rəqiblərini tanıyıblar. Belə ki, Elşən Yusubovun rəhbərlik etdiyi 16 yaşadək yığmamız Avropa birinciliyinin C divizionunda mübarizə aparacaq. Basketbolçularımız iyulun 3-dən 11-dək San-Marinonun Serravalle şəhərində qüvvəsini sınayacaq. Komandamız A qrupunda Avstriya, Ermənistan, Albaniya, Moldova və meydan sahibləri ilə gücünü yoxlayacaq. U-18 millimiz isə B divizionunda qüvvəsini sınayacaq. Samit Nuruzadənin başçılıq etdiyi komanda iyulun 27-dən avqustun 5-dək Makedoniyanın paytaxtı Skopye şəhərində baş tutacaq çempionatda B qrupunda yer alacaq. Burada yığmamız Belçika, Macarıstan, Estoniya, Gürcüstan və Avstriya ilə rəqib olacaq. 20 yaşadək basketbolçulardan ibarət yığmamız da B divizionunda mübarizə aparacaq. Tahir Baxşiyevin rəhbərlik etdiyi komanda iyulun 13-22-də Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunacaq yarışın A qrupunda oynayacaq. Basketbolçularımız Latviya, Belçika və Makedoniya ilə üz-üzə gələcəklər. Apasport

Oxundu 221

© 2018 - NSPSOLUTIONS