"Qoca"nın qaçmasına kömək edənlərlə bağlı YENİ MƏHKƏMƏ

Ağstafa rayonu ərazisində "Qoca" ləqəbli dustaq Etibar Məmmədovun həbsdən qaçmasına yardım etməkdə ittiham olunaraq saxlanılan Günay Atakişiyeva və taksi sürücüsü Məhəmməd Hacıyevin barəsində həbs qətimkan tədbirinin vaxtı uzadılıb.

Nəsimi rayon Məhkəməsində istintaq orqanının qaldırdığı həbs qətimkan tədbirinin uzadılması ilə bağlı vəsatətə baxılıb. Məhkəmə qərarı elan edilib. Qərara əsasən, istintaq orqanının təqdimatı təmin edilib. Onların həbs müddəti 2 ay da artırılıb.

Qeyd edək ki, taksi xidməti göstərən M.Hacıyev G.Atakişiyeva ilə birlikdə məhbus Etibar Məmmədovun qaçmasına yardım göstərməkdə təqsirli bilinirlər. Onların hər ikisi Ağstafa rayon ərazisində həbs edilib, E.Məmmədov isə oradan qaçıb. M.Hacıyev və G.Atakişiyevanın barələrində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hər iki şəxs Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

Onu da qeyd edək ki, məhbus Əli Ağami və digər məhbus, "Qoca" ləqəbli E.Məmmədov ötən il oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar. Bir müddət sonra Ə.Ağami Şirvanda həbs edilib. E.Məmmədov isə əməliyyat zamanı öldürülüb. Lent.az

DİGƏR XƏBƏRLƏR

Top