Azərbaycanda diri heyvan və ət ucuzlaşıb - VİDEO

Bərdədə qatarla yük avtomobili toqquşdu - VİDEO

Hər 3 nəfərdən birinin problemi - boyun ağrısı

bazar, 25 fevral 2018
TR EN RU

Menu

bazar, 25 fevral 2018
EN TR RU

CƏMİYYƏT

"Sığorta şirkəti ya camışımı alsın, ya da pulumu versin" - Şikayət

17.01.2018 12:17

Ağsu rayonunun Gursulu kənd sakini Yadigarov Kamil Nizam oğlu üzləşdiyi problemlə əlaqədar "Yeniavaz.com" saytına müraciət edib. Dediyinə görə, bir neçə ay əvvəl "Opel Astra" markalı avtomobil 2 baş camışını vuraraq öldürüb. Lakin bu günədək dəymiş ziyanın əvəzini ala bilməyib.

Kamil Yadigarov baş verənləri belə nəql edib: "Hadisə axşam saat 6 radələrində olub. "Opel Astra" markalı avtomobil 2 camışımı vurub. Hava aydın idi, heyvan örüşdən qayıdırdı. Avtomobil yüksək sürətlə hərəkət etdiyindən təxminən 15-16 metr sürüşüb, ancaq yenə də camışları vurub. Hər iki camışı zərbənin təsirindən bir neçə metr kənara tullayıb. Heyvanlar elə yerindəcə ölüblər. Hadisə baş verən ərazidə kafe var, 5-6 kənd sakini bu hadisənin şahidi olub. Qəza baş verən kimi yol polisləri hadisə yerinə gəldilər, yazıb-pozdular. Avtomobil sahibi də dedi ki, maşınım "Qala" sığorta şirkəti tərəfindən sığorta olunub, pulu onlar ödəyəcəklər. Sığorta şirkətinin nümayəndəsi də gəldi, şəkillər çəkdi və dedi ki, "əgər polis hadisənin sürücünün təqsiri ucbatından baş verdiyini təsdiqləsə, biz sizə dəymiş ziyanı ödəyəcəyik".

Kamil Yadigarovun sözlərinə görə, polis araşdırmadan sonra hadisənin sürücünün təqsiri ucbatından baş verdiyini təsdiqləyib: "Bir aydan çoxdur "Forma 4" arayışını vermişik "Qala" sığorta şirkətinə, lakin hələ də dəymiş ziyan ödənilməyib. Hər dəfə bizə deyirlər ki, işə baxılacaq, verəcəyik. Hələ bir nəticə yoxdur".

Şikayətçinin sözlərinə görə, dəymiş ziyanı ala bilməməsi ilə bağlı işi araşdıran müstəntiqə də müraciət edib: "Müstəntiqə zəng elədim, dedi ki, təqsir sürücüdədir, sığortası var, ziyanı ödəsinlər. Sığorta şirkəti isə pulu verməyin dərdindən hər dəfə deyir ki, "baxacağıq, verəcəyik" hələ bir nəticə yoxdur. Sığorta şirkətinin nümayəndəsinə deyirəm ki, əgər pulu vermirsinizsə, mənə bildirin. Onlar da bildirirlər ki, yox, biz elə demirik. Əgər elə demirsinizsə, onda mənim pulumu verin, belə olmaz axı. Mən kənd yerində yaşayıram, ailəmin dolanışığı bundandır. Camışdan hər gün neçə litr süd sağırdıq, qatığını, pendirini satıb dolanırdıq. Hadisə baş verən gün sığorta şirkətinin nümayəndəsi mənə demişdi ki, işi bir həftəyə, on günə həll edəcəyik. Fevral ayında camışlardan biri doğacaqdı. Mən sığorta şirkətinin nümayəndəsinə də dedim ki, lap pulumu verməyin, gedək bazara mənim camışımı alıb verin".

Şikayətçinin dediyinə görə, camışların birinin qiyməti təqribən 2000-2500 manat arasında dəyişib.

Problemlə bağlı "Qala" sığorta şirkəti ilə əlaqə saxladıq. Şirkətdən saytımıza bildirdilər ki, bu problemlə bağlı artıq onlara bir neçə dəfə zəng olunub: "Zəng vuranların hər birinə ətraflı məlumat verilib. İş hazırda icraatdadır, baxılır. İcraçılara da tapşırmışıq, işin araşdırılması prosesi sürətləndirilib. Baxılıb qurtaran kimi həmin şəxsə cavab veriləcək. Hüquqşünas bu işlə məşğul olur, bəzi məqamlar var ki, onlar araşdırılır. Bunlar tam dəqiqləşəndən sonra qərar veriləcək".

Nicat

Oxundu 393

© 2018 - NSPSOLUTIONS