Təcili Tibbi Yardım: "Yol qəzalarında xəsarət alanların sayı artıb"

Ötən il yol-nəqliyyat hadisələrin sayında 7 faiz, xəsarət alanların sayında isə 3 faiz artım olub. Səhiyyə Nazirliyindən bildirilib ki, bu barədə Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov deyib. Onun sözlərinə görə, 2017-ci il ərzində stansiyanın nəzdindəki 12 regional məntəqə və konsultativ bölmə 2590 nəfərə xidmət göstərib.

Məntəqələrdə yol-nəqliyyat və digər fövqəladə hallarla bağlı 1022 hadisə zamanı 1736 pasiyentə tibbi yardım edilib və onlardan 70 faizi hospitalizasiya olunub. Əvvəlki illə müqayisədə 2017-ci il ərzində hadisələrin sayında 7 faiz, xəsarət alanların sayında isə 3 faiz artım olsa da, letallıq 18 faiz azalıb.Trend

DİGƏR XƏBƏRLƏR

Top