Azərbaycana "Naməlum" ölkədən 185 şəxs gəlib - Nazirlikdən AÇIQLAMA

Yola saldığımız 2017-ci ildə Azərbaycana "Naməlum" ölkədən 185 xarici vətəndaş gəlib. Yeniavaz.com Mədəniyyət və Turizm Nazirliyindən açıqlanan məlumatlara istinadən bildirir ki, "Naməlum" ölkədən ən çox iyul, avqust, sentyabr aylarında ölkəmizə səfərlər edilib. Adı məlum olmayan bu ölkədən iyulda 20, avqustda 39, sentyabrda isə 24 şəxs Azərbaycana gəlib. Bundan başqa Mədəniyyət və Turizm Nazirliyinin açıqladığı hesabatda adları xarici ölkə olaraq göstərilən "Qaçqın Konvensiyası"ndan 464 şəxs, "Qaçqın"dan 94 şəxs, "BMT"-dən 22 şəxs, "keçmiş SSRİ"-dən isə 3 şəxs Azərbaycana səfər edib.

Ötən il həmçinin Azərbaycana səfər edən xarici ölkə vətəndaşları arasında 6 nəfər Ermənistan vətəndaşı da olub. Onların 1- yanvar, 1-i aprel, 1-i avqust, 3-ü isə sentyabr ayında Azərbaycana səfər edib. Mədəniyyət və Turizm Nazirliyindən açıqlanan məlumatlarda qeyd olunur ki, son 15 il ərzində Ermənistandan Azərbaycana 93 nəfər təşrif gətirib. Onların 6-sı 2003-cü ildə, 16-sı 2012-ci ildə, 61-i 2015-ci ildə, 4-ü isə 2016-cı ildə Azərbaycana səfər edib.

DİGƏR XƏBƏRLƏR

Top