Bakının bu ərazisində su kəsiləcək

Təmir işləri ilə əlaqədar Müşfiqabad qəsəbəsindən Sulutəpə qəsəbəsinə qədər ərazidə suyun verilişində fasilə olacaq. "Azərsu" ASC-dən "Yeniavaz.com" saytına verilən məlumata görə, Bakı Metropoliteninin Bənövşəyi xəttinin Elektrik Deposunun tikintisi layihəsi çərçivəsində Yeni Avtovağzal yaxınlığından keçən magistral su kəmərlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar, 17 yanvar 2018-ci il tarixində Müşfiqabad qəsəbəsindən Sulutəpə qəsəbəsinə qədər ərazidə Şollar-Bakı su kəmərindən qidalanan istehlakçıların su təchizatında məhdudiyyətlər olacaq.

DİGƏR XƏBƏRLƏR

Top