Azərbaycanda diri heyvan və ət ucuzlaşıb - VİDEO

Bərdədə qatarla yük avtomobili toqquşdu - VİDEO

Hər 3 nəfərdən birinin problemi - boyun ağrısı

bazar, 25 fevral 2018
TR EN RU

Menu

bazar, 25 fevral 2018
EN TR RU

HADİSƏ

Rusiyalı idmançının qətlində təqsirləndirilən azərbaycanlının atası faciəvi şəkildə ölüb

17.01.2018 09:18

Rusiyanın Xabarovsk şəhərində pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçyovun qətlində təqsirli bilinən azərbaycanlı Anar Allahverənovun atası yol qəzası nəticəsində ölüb. Bu barədə “RİA Novosti”yə Allahverənovlar ailəsinin vəkili Konstantin Lısenko bildirib. Məlumata görə, Anar Allahverənovun atası yolu keçərkən yüksək sürətlə hərəkətdə olan avtomobil onu vurub. Güclü zərbədən 59 yaşlı piyadanın bədəni parçalanıb. Sürücü hadisə yerindən qaçmayıb. Bəzi yerli KİV-lər hadisənin qəsdən törədildiyini iddia edir. “Müdafiə etdiyim şəxsin atası yol-nəqliyyat hadisəsi nəticəsində ölüb. O, mənim ofisimə yox, yaxınlıqda yerləşən öz iş yerinə gedirmiş. Bu gün dəfn olunacaq. Anar dəfndə iştirak etməyəcək, buna qanun icazə vermir”, - deyə vəkil Lısenko bildirib. Vəkil Anar Allahverənovun atasının ünvanına 2017-ci il ərzində çoxlu sayda hədələrin gəldiyini bildirib. Faktla bağlı cinayət işi başlanıb. Qeyd edək ki, ötən il avqustun 20-də rusiyalı idmançı Andrey Draçov Xabarovsk vilayətində azərbaycanlı Anar Allahverənov tərəfindən döyülərək öldürülüb. Törətdiyi cinayətə görə təqsirləndirilən A. Allahverənov ömürlük həbs cəzası ala bilər. Anar Allahverənovun maraqlarını məhkəmədə 3 vəkil təmsil edir. Onun işi üzrə proses yanvarın 23-də davam etdiriləcək.APA

Oxundu 356

© 2018 - NSPSOLUTIONS