Kosovada serbiyalı siyasətçi güllələndi

Kosova serblərinin liderlərindən biri olan Oliver İvanoviç Kosovada qətlə yetirilib. “Yeniavaz.com”un “Gazeta.ru” internet nəşrinə istinadən verdiyi məlumata görə, “Azadlıq, demokratiya, həqiqət” hərəkatının 64 yaşlı başçısının sinəsinə 5 güllə vurulub. Onun vəkilinin sözlərinə görə, O. İvanoviç xəstəyanaya çatdırıldıqdan sonra keçinib. O. İvanoviç 1999-cu ildə Kosova albanlarına qarşı hərbi cinayətlərə görə 2016-cı ildə 9 il azadlıqdan məhrum edilmişdi. 2017-ci ilin fevralında isə məhkəmənin qərarı ləğv edilərək yeni proses başlamışdı. O, ev həbsində saxlanılırdı.

DİGƏR XƏBƏRLƏR

Top