Son 59 ildə Türkiyədən Vatikana Prezident səviyyəsində ilk səfər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vatikana səfər edəcək. “Yeniavaz.com”un “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, səfər Roma Papası Fransiskin dəvəti üzrə baş tutacaq. R. T. Ərdoğanın Vatikan səfəri fevralın 5-nə planlaşdırılıb. Səfər zamanı danışıqların əsas mövzusunu Qüds məsələsi təşkil edəcək. Türkiyə Prezidenti Vatikana səfərdən sonra Latın Amerikası turuna çıxacaq. Qeyd edək ki, bu, son 59 ildə Türkiyədən Vatikana Prezident səviyyəsində ilk səfərdir. Roma Papası 2014-cü il noyabrın 28-də Türkiyəyə səfər etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top