Dollarla verilən kreditlər azalıb

Bu ilin dekabr ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda banklar və bank olmayan kredit təşkilatları tərəfindən 12 milyard 226,2 milyon manat kredit verilib. Yeniavaz.com Mərkəzi Bankın açıqladığı sonuncu statistik göstəricilərə istinadən bildirir ki, ötən ilin analoji dövrü ilə müqayisədə verilən kreditlərin həcmi 24,8% və ya 4 milyard 49,3 milyon manat azalıb.

Məlumat üçün qeyd edək ki, ilin əvvəlindən davamlı olaraq azalan kredit qoyuluşunda may, iyun aylarında artım olsa da sonrakı aylarda yenidən azalmağa başlayıb. Bundan başqa avqust ayı ilə müqayisədə sentyabr ayında da banklar və bank olmayan kredit təşkilatları tərəfindən verilən kreditlərin həcmi 60,6 milyon manat artıb. Lakin oktyabr ayında kreditlərin həcmi yenidən azalıb. Noyabr ayında isə yenidən artıb. Artım milli valyutada verilən kreditlər üzrə olub. Xarici valyutada verilən kreditlər isə azalıb. Noyabr ayında milli valyutada verilən kreditlər 105,2 milyon manat artdığı halda, xarici valyutada verilən kreditlər isə 31,2 milyon manat azalıb.

Ümumilikdə isə verilən kreditlərin 59,3%-i və ya 7 milyard 258,4 milyon manatı milli valyutada, 40,7%-i və ya 4 milyard 967,8 milyon manatı isə xarici valyutada olub.

DİGƏR XƏBƏRLƏR

Top