Azərbaycanda diri heyvan və ət ucuzlaşıb - VİDEO

Bərdədə qatarla yük avtomobili toqquşdu - VİDEO

Hər 3 nəfərdən birinin problemi - boyun ağrısı

bazar, 25 fevral 2018
TR EN RU

Menu

bazar, 25 fevral 2018
EN TR RU

DÜNYA

Eks-səfir: Ərdoğan ABŞ-ın PKK-nı dəstəkləyən təyyarələrin Türkiyədən uçmasına icazə verir

16.01.2018 13:58

ABŞ-ın PKK terror təşkilatını dəstəkləyən təyyarələrinin Türkiyədən uçmasına Prezident Rəcəb Tayyib Ərdoğan icazə verir. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın Türkiyədəki keçmiş səfiri Ceyms Cefri deyib. Onun sözlərinə görə, Türkiyənin regionda sabitliyinə və təhlükəsizliyinə təhdid müəyyən qədər PKK daxil terrordan qaynaqlanır: “Ancaq əsas təhdid Rusiya və İrandan qaynaqlanır, Ərdoğan da bunu bilir”. Keçmiş səfir qeyd edib ki, R. T. Ərdoğan ruslar və Əsəd rejimi Suriyanın şimal-şərqində atəşkəsi pozduğuna görə Suriyada çox güclü hərbi addımlar atır: “Fars ekspansiyasından da çox narahatdır. Bu da əslində onu ABŞ-ın düşərgəsinə qatır. Problem ondadır ki, Türkiyə bu düşərgədə digər ölkələrdən fərqli vəziyyətdədir. Ərdoğanın bir yönü dünyaya XIX əsr çərçivəsindən baxan Putin, digər yönü isə Şarl de Qoldur. O və bir çox türk ABŞ-dan nə qədər asılı olmadıqlarını göstərmək istəyirlər, ancaq yenə də ayrılmırlar”. C. Cefri əlavə edib ki, Amerika İŞİD-ə qarşı mübarizədə PKK-ya bağlı qrupun başçılıq etdiyi gücə dəstək verir: “Türkiyə buna hər gün etiraz edir, amma bu gücü dəstəkləyən təyyarələrin çoxu Türkiyədəki hərbi bazalardan havaya qalxır. Ərdoğan buna hər gün icazə verir”.

Oxundu 181

© 2018 - NSPSOLUTIONS