Azərbaycanda diri heyvan və ət ucuzlaşıb - VİDEO

Bərdədə qatarla yük avtomobili toqquşdu - VİDEO

Hər 3 nəfərdən birinin problemi - boyun ağrısı

bazar, 25 fevral 2018
TR EN RU

Menu

bazar, 25 fevral 2018
EN TR RU

CƏMİYYƏT

Bakı - Şamaxı yolu buz bağlayıb, nəqliyyatın hərəkəti çətinləşib

16.01.2018 11:20

Şamaxı və ətraf rayonlarda qar və şaxtalı hava səbəbindən avtomobil yolları buz bağlayıb. İki gündür aramsız yağan qar, magistral yolda hərəkəti çətinləşdirib. Şəhərdaxili yollarla yanaşı, magistral yollar da buz bağlayıb, bəzi nöqtələrdə avtomobillərin hərəkətində məhdudiyyətlər yaranıb. Muğanlı - İsmayıllı yolunun 15-17 kilometrliyində yolun hərəkət hissəsində də nəqliyyat vasitələrinin hərəkətində problemlər yaranıb. Əsasən səhər saatlarında yolda sürüşkənlik müşahidə olunub. Bundan başqa, Bakı - Şamaxı - Yevlax avtomobil yolunun Cəngi yaşayış massivi yaxınlığında nəqliyyat vasitələrinin hərəkəti çətinləşib. Yollarda intensiv hərəkəti təmin etmək üçün İsmayıllı və Qobustan rayon yol idarəsinin texnikaları əraziyə cəlb olunub. Yollardan buzun təmizlənməsi üçün sözügedən ərazilərə qum-duz qarışığı səpilib.Report

Oxundu 176

© 2018 - NSPSOLUTIONS